Главная > Dünya / Manset > ABŞ-da 37 ştat “Google” şirkətini məhkəməyə verdi
ABŞ-da 37 ştat “Google” şirkətini məhkəməyə verdi8-07-2021, 12:54. Разместил: azadses |
ABŞ-ın 37 ştatı antimonopoliya qaydalarını pozması ilə bağlı Amerikanın texnologiya nəhəngi “Google”a qarşı məhkəmədə iddia qaldırıb. “Report”un məlumatına görə, bu barədə “Politico” nəşri xəbər yayıb. İddia Kaliforniyadakı federal məhkəməyə verilib. Məhkəməyə müraciətin səbəbi texnologiya nəhənginin “Google Play” tətbiq mağazasına korporativ nəzarət etməsidir. Belə ki, şirkət tətbiqetmə daxilində elektron malların və xidmətlərin satışından 30% komissiya tutur. Вернуться назад |