Главная > Dünya / Manset > Böyük Britaniya Əfqanıstana hava zərbələri endirəcəyini elan edib
Böyük Britaniya Əfqanıstana hava zərbələri endirəcəyini elan edib7-07-2021, 15:52. Разместил: azadses |
Böyük Britaniya öz qoşunlarını Əfqanıstandan çıxartsa da terrorizmə qarşı mübarizəni davam etdirmək niyyətindədir və terrorçuların mövqelərinə hava zərbələri endirmək hüququnu qoruyub saxlayır. TASS agentliyi xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi jurnalistlərə açıqlama verərkən söyləyib. O, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Suriya və İraqda “İŞİD”ə qarşı həyata keçirilmiş “Shader” əməliyyatlarına işarə edib. C. Hippi Əfqanıstanda da hadisələrin oxşar xətt üzrə inkişaf edəcəyi təqdirdə belə planların nəzərdə tutulduğunu istisna etməyib. Xatırladaq ki, London 2014-cü ildə “Shader” əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə iki minə yaxın hava hücumu təşkil edib. Вернуться назад |