Главная > Dünya / Manset > “Aspirin”in qorxunc xəstəliyin dərmanı olduğu öyrənilib
“Aspirin”in qorxunc xəstəliyin dərmanı olduğu öyrənilib6-07-2021, 14:48. Разместил: azadses |
“Aspirin” xərçənglə əlaqəli ölüm riskini və metastazları azaltmaq qabiliyyətinə malikdir. “ECancermedicalscience” nəşrinin məlumatına görə, bu barədə Kardiff Universitetinin onkoloqları uzunmüddətli tədqiqatlardan sonra bəyan ediblər. Mütəxəssislər yoğun bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla 18 fərqli xərçəng növünə tutulmuş xəstələrdə aparılan əvvəlki tədqiqatları analiz edərək “aspirin”in metastazların yayılmasını azaltdığını görüblər. Onların sözlərinə görə “aspirin”i qəbul edən xərçəng xəstələrində ölüm nisbəti əhəmiyyətli dərəcədə azaldığını göstərən kifayət qədər dəlil var və bu fayda, xərçəngin yalnız bir növündə məhdudlaşmır. “Aspirin” qanı durultduğundan gündəlik istifadə zamanı yan təsirlərindən biri daxili qanaxma riski ola bilər. Bununla belə, alimlər dərmanı qəbul edən xəstələrdə qanaxma ilə əlaqəli ölümlərin çox olduğuna dair bir dəlil olmadığını bildiriblər. Alimlər vurğulayıblar ki, gələcəkdə “aspirin”in bəzi nadir xərçəng növlərinə təsirinin öyrənilməsi ilə sınaqlara başlanacaq. Вернуться назад |