Главная > Dünya / Manset > Fransada xoruz məhkəməyə verilib
Fransada xoruz məhkəməyə verilib5-07-2021, 18:06. Разместил: azadses |
Fransanın Vandevr syür-Bars komunnası sakinləri Manon Vanson adlı həmyerlilərinə məxsus xoruzu məhkəməyə veriblər. “Ren TV” məlumat verir ki, heyvan yüksək səslə banlamaqda günahlandırılır. Şikayətçilərin sözlərinə görə, sübh tezdən banlayan xoruz heç kimi yatmağa qoymur. Qeyd olunub ki, bu, ölkədə ilk belə iş deyil. 2019-cu ildə Moris adlı xoruza qarşı da məhkəmə iddiası qaldırılıb. Lakin xoruzun banlamaq hüququ tanınaraq, onun xeyrinə qərar çıxarılıb. Вернуться назад |