Главная > Dünya / Manset > Tramp ABŞ-ı demokratlardan xilas etməyə çağırdı
Tramp ABŞ-ı demokratlardan xilas etməyə çağırdı5-07-2021, 16:21. Разместил: azadses |
ABŞ artıq açıq və ədalətli seçkinin keçirildiyi bir ölkə deyil. Vesti.ru xəbər verir ki, bunu Floridadakı tərəfdarları qarşısında çıxış edən keçmiş prezident Donald Tramp bəyan edib. O, meydana toplaşanları ABŞ-ın müstəqillik günü münasibəti ilə təbrik edib və bildirib ki, hazırda Nyu-York meri seçkilərində baş verən saxtakarlıqlar 2020-ci ildəki prezident seçkiləri zamanı da qeydə alınıb. Tramp, həmçinin Bayden hökumətini Rusiya, Çin və İran qarşısında ABŞ-ı aciz duruma salmaqda ittham edib. Eks-prezident tərəfdarlarını ölkəni demokratlardan xilas etməyə çağırıb. Вернуться назад |