Главная > Dünya / Manset > ABŞ sakini su tapancasıyla soyğunçuluğa görə 40 ildir həbsdə yatır
ABŞ sakini su tapancasıyla soyğunçuluğa görə 40 ildir həbsdə yatır5-07-2021, 10:35. Разместил: azadses |
ABŞ-ın Arkanzas ştatı rəhbərliyi 70 yaşlı Rolf Kastel barəsindəki məhkəmə hökmünü yumşaltmağa qərar verib. “Fox” xəbər verir ki, məhbus 1981-ci ildə əlindəki su tapançası ilə mağazaya hücum edib. Onun qəniməti isə cəmi 264 dollar olub. Törətdiyi əməl müqabilində Kastel ömürlük həbs cəzası alıb. Dəfələrlə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsə də, ona rədd cavabı verilib. Nəhayət ki, bugünlərdə qoca məhbus cəzasının 40 ilə endirildiyi və bunun sayəsində tezliklə azadlığa çıxa biləcəyi barədə xəbər alıb. Kastel ümid edir ki, qubernator Asa Hatçinsonun qərarı ona həyatını yenidən başlamağa imkan verəcək. Вернуться назад |