Главная > Dünya / Manset > Rusiyada koronavirusdan ölüm üzrə antirekord qeydə alınıb

Rusiyada koronavirusdan ölüm üzrə antirekord qeydə alınıb


5-07-2021, 08:22. Разместил: azadses
Rusiyada son sutka ərində 25 142 nəfər yeni COVID-19 xəstəsi aşkarlanıb ki, bu da yanvarın 2-dən bəri ən yüksək göstəricidir.

TASS xəbər verir ki, son 24 saat ərzində ölkədə 15 484 nəfər ölümcül virusdan sağalıb.

Bununla yanaşı, sutka ərzində 663 nəfər COVID diaqnozu ilə vəfat edib.

Həftə ərzində qeydə alınmış ölüm halları isə 4 643 nəfərə olmaqla pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb.


Вернуться назад