Главная > Dünya / Manset > Hakerlər 800 mağazanın fəaliyyətini iflic etdi
Hakerlər 800 mağazanın fəaliyyətini iflic etdi4-07-2021, 17:04. Разместил: azadses |
İsveçin ən böyük supermarket şəbəkələrindən biri olan “Coop Sweden” haker hücumuna məruz qalıb. Bu barədə “Expressen” nəşri məlumat yayıb. Nəticədə “Coop Sweden” supermarket şəbəkəsinin 800 mağazası xidmətini dayandırmaq məcburiyyətində qalıb. “Mövcud vəziyyətə görə müştərilərdən üzr istəyirik və mağazalarımızın ən qısa zamanda açılması üçün əlimizdən gələni edəcəyik” – “Coop Sweden”in mətbuat üçün verilən açıqlamasında qeyd olunub. “Coop Sweden” kiberhücum nəticəsində şirkətə deyən ziyan barədə heç bir məlumat verməyib. Вернуться назад |