Главная > Dünya / Manset > Çexiyada film çəkilişi zamanı partlayış: Yaralılar var

Çexiyada film çəkilişi zamanı partlayış: Yaralılar var


4-07-2021, 12:11. Разместил: azadses
Çexiyanın paytaxtı Praqada cinayət aləminə dair kəskin sujetli filmin çəkilişi zamanı partlayış baş verib.

Portal.rozhlas.cz xəbər verir ki, çəkiliş üçün dekorasiya hazırlanan zamanı naməlum kimyəvi maddə partlayıb və üç nəfər yaralanıb.

Partlayışın işçilərin ehtiyatsızlığı səbəbindən baş verdiyi iddia edilir.

Zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin ayaqları amputasiya edilib.

Polis hadisənin təfərrüatı barədə hələ məlumat verməyib.


Вернуться назад