Главная > Dünya / Manset > Yüngül mühərrikli təyyarə qəzaya uğraması nəticəsində altı nəfər həlak olub

Yüngül mühərrikli təyyarə qəzaya uğraması nəticəsində altı nəfər həlak olub


4-07-2021, 10:48. Разместил: azadses
Haitinin qərbində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə yerli “Haiti Press Network” nəşri məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Port-o-Prens şəhərindən Jakmel adlanan yaşayış məntəqəsinə doğru hərəkət edirmiş.

Məlumata görə, hadisə zamanı təyyarədə altı nəfər olub. Onların dördü qəzada ölüb. İki nəfər pilot isə qəzadan sağ çıxıb.

“France-Presse” agentliyinin xəbərində isə təyyarədə olan altı nəfərin hamısının vəfat etdiyi qeyd olunur.

İlkin məlumatlara görə, təyyarə Haiti parlamentinin keçmiş üzvünə məxsusdur.

Qəzanın səbəbləri ilə bağlı təhqiqat aparılır.


Вернуться назад