Главная > Dünya / Manset > On yaşlı qız qocalıqdan öldü - FOTO

On yaşlı qız qocalıqdan öldü - FOTO


3-07-2021, 16:22. Разместил: azadses
Ukraynanın Vinnitsa vilayət sakini on yaşında qocalıqdan ölüb.

Bu barədə İra Ximiçin anası “Facebook” hesabında yazıb:

“İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim, məni bağışla, bu dəfə səni xilas edə bilmədim”.

Qız nadir rast gəlinən genetik xəstəlik olan erkən yaşlanma xəstəliyi - progeriyadan əziyyət çəkib. Həkimlər ona beş yaşı olanda bu diaqnozu qoyublar.

Bu xəstəliklə əlaqədar körpə bir neçə ay normal inkişaf edir, lakin sonra sürətlə qocalmağa başlayır.

Bir il ərzində progeriya xəstələri bioloji olaraq on il yaşlana bilər. Uşaqlıq progeriyasında orta ömür müddəti 13 ildir.


Вернуться назад