Главная > Dünya / Manset > Belçikada sənədsiz yaşayanlar 40 gündür aclıq edir: Bəziləri dodaqlarını tikdilər

Belçikada sənədsiz yaşayanlar 40 gündür aclıq edir: Bəziləri dodaqlarını tikdilər


3-07-2021, 15:32. Разместил: azadses
Belçikada rəsmi sənədləri olmadan yaşayan və qanuni olaraq sistemə daxil olmaq istəyən təxminən 400 nəfər 40 gündür aclıq edir.

“Anadolu” agentliyi xəbər verir ki, onların bəziləri dodaqlarını bir-birinə tikiblər. Onlara həkim nəzarəti ilə dodaqlarının bir hissəsindən çubuqla maye verirlər.

Etirazçıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Belçikanın immiqrasiya və sığınacaq üzrə naziri Sammi Mahdi son günlərdə aclıq aksiyası keçirənlərlə danışıqlar aparmayacağını açıqlayıb:

“Bir çox insana ölkəni tərk etməli olduğu deyilib. Bunu etmədilər və burada qaldılar və qanunsuz olaraq işlərinə davam etdilər. Ölkəni tərk etməyə çağrılanların sənədlərini leqallaşdırmaq mümkün deyil. İstisnalar ola bilər, amma bunu kollektiv şəkildə etmək mümkün deyil”.

O, vəziyyətin ciddi olduğunu bildirək aclıq aksiyası iştirakçılarını etirazlarına son verməyə çağırıb:

“Ümid edirəm heç kim ölməz. Əlimdən gələni etməyə çalışıram”.


Вернуться назад