Главная > Dünya / Manset > BMT-nin baş katibi: Koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər
BMT-nin baş katibi: Koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər3-07-2021, 14:45. Разместил: azadses |
Koronavirusa qarşı peyvəndlər mutasiyaya görə təsirsiz hala gələ bilər. TASS-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterres açıqlama verib. “Virus alov kimi yayılır. Ən faciəlisi isə meydana gələn mutasiyaların peyvəndlərimizi təsirsiz hala çevirməsi riskinin olmasıdır”, - deyə Quterres bildirib. O, bu səbəbdən qlobal peyvənd planına ehtiyac olduğunu təkrar-təkrar vurğuladığını bildirib. “Mikroskopik virus artıq dörd milyona yaxın insanın ölümünə səbəb olub və dünya iqtisadiyyatını pozub. Biz isə hələ də virus qalib gələcəyimizi dəqiq bilmirik”. Вернуться назад |