Главная > Dünya / Manset > Türkiyədə COVID peyvəndinin 3-cü dozası vurulacaq
Türkiyədə COVID peyvəndinin 3-cü dozası vurulacaq1-07-2021, 08:14. Разместил: azadses |
Türkiyədə koronavirus üzrə operativ qərargahın növbəti iclası keçirilib. İclasdan sonra ölkənin səhiyyə naziri Fəxrəddin Qoca mətbuata açıqlamalarla çıxış edib. “TRT Haber”in məlumatına görə, nazir sabahdan etibarən Türkiyədə peyvəndin 3-cü dozasının vurulmasına başlanılacağını bəyan edib. Onun sözlərinə görə, iki doza vaksin almış yaşı 50-dən yuxarı olan şəxslər və tibb işçiləri 3-cü doza üçün qəbula yazıla bilərlər. F.Qoca qeyd edib ki, 3-cü doza peyvəndin seçimi sərbəstdir və əvvəlki iki doza vaksinin hansı marka olmasının heç bir fərqi yoxdur. Вернуться назад |