Главная > Dünya / Manset > İspanlara sənəddə cinsiyyəti barədə qeydi dəyişdirməyə icazə veriləcək
İspanlara sənəddə cinsiyyəti barədə qeydi dəyişdirməyə icazə veriləcək30-06-2021, 16:21. Разместил: azadses |
İspaniya hökuməti 14 yaşdan yuxarı şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində cinsiyyət məlumatlarını dəyişdirməsinə imkan verən qanun layihəsini təsdiqləyib. Bu barədə məlumat İspaniyanın nazirlər kabinetinin “Twitter” səhifəsində dərc edilib. Qeyd olunur ki, cinsiyyəti barədə məlumatı dəyişdirməyə qərar verən ispanlardan həkimin tibbi və ya psixoloji rəyi tələb olunmayacaq. Müraciəti edən şəxs dövlət sənədində adını da dəyişdirə biləcək. Вернуться назад |