Главная > Dünya / Manset > Rusiyada koronavirusdan sutka ərzində maksimum ölüm qeydə alınıb

Rusiyada koronavirusdan sutka ərzində maksimum ölüm qeydə alınıb


30-06-2021, 08:21. Разместил: azadses
Rusiyada koronavirusdan ötən sutka ərzində maksimum ölüm qeydə alınıb.

Bu barədə “RİA Novosti” xəbər verib.

Ümumilikdə 652 nəfər koronavirusdan ölüb.

Ölüm hadisələrindən 121-i Moskvada qeydə alınıb. Bir gün əvvəl isə meqapolisdə 124 nəfər vəfat etmişdi: Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Bildirilir ki, Rusiya paytaxtında vəziyyət son dərəcə çətindir - xəstəxanalardakı və reanimasiyadakı xəstələrin sayı üçün də yeni maksimumlar təyin olunub.

Ümumilikdə, Rusiyada 85 bölgədə 5 493 557 koronavirus hadisəsi qeydə alınıb, onlardan 134 545 nəfəri ölüb, 4 984 037 nəfəri sağalıb.


Вернуться назад