Главная > Dünya / Manset > Hindistan Çinlə sərhəddə hərbi qüvvəsinin sayını artırıb

Hindistan Çinlə sərhəddə hərbi qüvvəsinin sayını artırıb


29-06-2021, 18:29. Разместил: azadses
Hindistan bölgədəki mövqelərini möhkəmləndirmək üçün son aylarda Çinlə sərhədə azı 50 000 əlavə qüvvə köçürüb.

Bu barədə “Mint” qəzeti mənbələrə istinadən xəbər yayır.

Qəzetin yazdığına görə, Müdafiə Nazirliyi üç sərhəd bölgəsinə qoşun və hava qüvvələri birlikləri yerləşdirib. Ümumiyyətlə, hazırda Çinlə sərhəddə təxminən 200 min hindistanlı hərbi personal cəmlənib, bu da keçən ilə nisbətən 40 % çoxdur.

Həmçinin qeyd edilir ki, Çin də bu yaxınlarda Himalay dağlarının ətəklərində Hindistanla sərhəddəki mübahisəli ərazilərdə patrul vəzifəsindən məsul olan Sincan hərbi komandanlığının sərəncamına əlavə qüvvələr göndərib. Çin sərhəd bölgələrində bunkerlər və hava zolaqları inşa edir.

Bu məlumatla bağlı hələ rəsmi şərh verilməyib.

2020-ci ilin may ayında iki ölkə sərhədindəki Ladax dağlıq bölgəsində qarşıdurma meydana gəlib və hər iki tərəfdə ölüm hadisəsi baş verib. Hindistan və Çin əraziyə ağır topları, tankları və təyyarələri yerləşdirdi. Lakin hərbi və diplomatik səviyyədə bir sıra danışıqlardan sonra 10 fevralda Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı çəkilməyə başlayıblar.


Вернуться назад