Главная > Dünya / Manset > Çexiya Rusiyadan 25.5 milyon avroluq təzminat tələb edir

Çexiya Rusiyadan 25.5 milyon avroluq təzminat tələb edir


29-06-2021, 13:22. Разместил: azadses
Çexiya hökuməti rəsmi olaraq Rusiyadan 25.5 milyon avro dəyərində təzminat tələb edib.

Bu barədə Çexiya KİV-i məlumat yayıb.

Məlumata əsasən, Çexiya XİN başçısının müavini Martin Smolek Rusiyanın ölkədəki səfiri Aleksandr Zmeyevskiyə müvafiq nota təqdim edib.

Bildirilib ki, təzminat tələbi 2014-cü ildə ölkənin Vrbetise kəndi yaxınlığındakı silah-sursat anbarlarındakı partlayış səbəbindən irəli sürülüb.

Qeyd edək ki, Çexiya həmin partlayışda məhz Rusiyanı ittiham edərək, 88 rusiyalı diplomatı ölkədən xaric edib.


Вернуться назад