Главная > Dünya / Manset > “Latsio”nun baş məşqçisi Emreni İtaliyaya dəvət edib

“Latsio”nun baş məşqçisi Emreni İtaliyaya dəvət edib


29-06-2021, 12:31. Разместил: azadses
İstanbulun “Fənərbağça” futbol klubunun sabiq baş məşqçisi Emre Belözoğlu karyerasını İtaliyada davam etdirə bilər.

İtaliyanın “SportPress24” nəşri xəbər verir ki, “Latsio”nun yeni baş məşqçisi Mauritsio Sarri Emre Belözoğlunu özünə köməkçi götürmək istəyir.

Mənbə həmçinin iddia edir ki, E. Belözoğlu Türkiyə millisinin baş məşqçisi Şenol Günəşdən də analoji təklif alıb.

Qeyd edək ki, E.Belözoğlu “Fənərbağça”da idman direktoru kimi də çalışıb.


Вернуться назад