Главная > Dünya / Manset > Baydenin Quantanamo həbsxanasını bağlamaq niyyəti təsdiqlənib

Baydenin Quantanamo həbsxanasını bağlamaq niyyəti təsdiqlənib


29-06-2021, 09:59. Разместил: azadses
Ağ Evin sözçüsü Cen Psaki Bayden administrasiyasının bədnam Quantanamo həbsxanasını bağlamaq niyyətini təsdiqləyib. Eyni zamanda, o, həbsxananın bağlanma tarixi ilə bağlı sualı cavablandırmaqdan çəkinərək, onu Pentaqona yönəldib.
Psaki qeyd edib ki, Bayden həqiqətən beynəlxalq terrorçular üçün həbsxananı bağlamaq istəyir və bu işdə tezliklə irəliləyiş əldə etməyə ümid edir.

“Müdafiə Nazirliyində konkret tarixlə bağlı daha dəqiq məlumatlar var. Ancaq prezident bunu etməyə qərarlıdır və biz bu məsələdə irəliləyiş gözləyirik”, - deyə o, bildirib.


Вернуться назад