Главная > Dünya / Manset > Türkiyə altı ölkə ilə uçuşları dayandırır

Türkiyə altı ölkə ilə uçuşları dayandırır


29-06-2021, 08:26. Разместил: azadses
Türkiyə koronavirusla bağlı vəziyyətlə əlaqədar altı ölkə ilə uçuşlara məhdudiyyət tətbiq edəcək.

Bu barədə yerli KİV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Nepal və Şri-Lanka ilə hava yoluyla sərnişin daşınması yeni bir qəraradək dayandırılacaq.

Həmçinin, son 14 gün ərzində qeyd edilən ölkələrdə olub, 3-cü bir ölkədən Türkiyəyə gələn şəxslər karantinə alınacaq.


Вернуться назад