Главная > Dünya / Manset > Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”
Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”28-06-2021, 08:00. Разместил: azadses |
Şimali koreyalı qaçqın və hüquq müdafiəçisi Çjihyon Pak ötən əsrin 90-cı illərində ölkədəki aclıq və kannibalizmdən danışıb. Lenta.ru xəbər verir ki, o, hər gün küçədə yeni cəsədlərin peyda olduğunu bildirib. “İnsanlar aclıqdan ağlını itirir, bir-birini öldürür, ətini yeyirdi. Onlar hətta uşaqları da yeyirdilər”, -deyə Pak qeyd edib. Onun sözlərinə görə, ailəsi də siçovul yeməklə dolanıb. Dayısı isə aclıqdan ölüb. Qeyd edək ki, hazırda Şimali Koreya yeni aclıq təhlükəsilə üzləşib. Вернуться назад |