Главная > Dünya / Manset > Kadırov Putinin sözlərindən sonra yenidən namizəd olmağa razılaşdı

Kadırov Putinin sözlərindən sonra yenidən namizəd olmağa razılaşdı


27-06-2021, 09:25. Разместил: azadses
Çeçenistan rəhbəri Ramzan Kadırov onun namizədliyini Rusiya Prezidenti Vladimir Putinin dəstəkləməsindən sonra növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməyə razılıq verib.

Bu barədə R.Kadırov sosial şəbəkə hesabında yazıb.

“Bilirsiniz ki, namizədlik məsələsi mənim üçün son ana qədər açıq olaraq qaldı. Özüm üçün qəti qərar qəbul etdim ki, hətta əhalinin bir neçə faizi də qarşı çıxsa, namizəd olmayacam. Prezidentimizin və cəmiyyətimizin iradəsinə qulaq asdım və seçkilərdə iştiraka razılıq verdim”, - deyə o bildirib.


Вернуться назад