Главная > Dünya > Gördüyü yuxu gənci zəngin etdi
Gördüyü yuxu gənci zəngin etdi26-06-2021, 12:28. Разместил: azadses |
![]() Bu barədə UPI xəbər agentliyi məlumat verib. Bildirilir ki, Meyson Krentz yuxuda 25 min dollar (42 500 manat) qazandığını görüb. İki gün sonra o lotereya bileti alıb və yuxuda gördüyündən üç dəfə çox - 75 min dollar (127 500 manat) mükafat qazanıb. “Böyük məbləğ qazanacağımı düşünmürdüm, çünki yalnız bir nömrə uyğun gəldi, amma sonra mükafatımın 75 min dollar olduğu ortaya çıxdı”, - deyə o bildirib. Krentz pul ilə həyat yoldaşına avtomobil və torpaq sahəsi almağı planlaşdırıb. Qalan pulu isə Pay Fonduna yatırmağı düşünür. “Əgər ev tikməyə qərar versək, pula ehtiyacımız olacaq”, - deyə o bildirib. Вернуться назад |