Главная > Dünya / Manset > ÜST: Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı azalır

ÜST: Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı azalır


24-06-2021, 08:32. Разместил: azadses
Dünyada ötən həftə ilə müqayisədə koronavirusa yoluxma altı, ölüm halları isə 12 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Dünyada ötən həftə ümumilikdə 2520684 yoluxma qeydə alınıb, 64075 nəfər koronavirusun qurbanı olub.

Yoluxma Cənub-Şərqi Asiyada 21, Avropada isə altı faiz azalıb. Ölüm göstəricisi Cənub-Şərqi Asiyada 26, Avropada 12, Qərbi Sakit Okean regionunda 9 faiz azalıb.


Вернуться назад