Главная > Dünya / Manset > Koronavirusdan sağalanlarda anticisimləri öldürən yeni ştamm aşkarlanıb
Koronavirusdan sağalanlarda anticisimləri öldürən yeni ştamm aşkarlanıb22-06-2021, 08:00. Разместил: azadses |
Hindistanın Maharaştra ştatında “delta plus” (B.1.617.2.1) adı verilən koronavirus ştammına yoluxma halı aşkar edilib. Bu barədə İndia TV-nin efirində Tibbi Təhsil və Tədqiqat şöbəsinin müdiri Dr. Tatyarao P. Lahan bildirib. Virusun yeni variantı koronovirusdan sağalmış və peyvənd vurdurmuş insanlarda anticisimlərin aktivliyini azalda bilər. “Delta plus”ı Navi Mumbai, Palgar və Ratnagiridə aşkar etdik. Bundan sonra analiz üçün daha çox nümunə göndərdik və hesabat gözləyirik”, - deyə Lahan vurğulayıb. Koronavirusun yayılmasının qarşısını almaq üçün hökumət xüsusi zonalar yaradıb və koronavirusun yeni variantının tapıldığı əraziləri möhürləyiblər. Вернуться назад |