Главная > Dünya / Manset > Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu
Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu18-06-2021, 09:00. Разместил: azadses |
Koronavirus infeksiyasının mənşəyi ilə bağlı araşdırmaların yeni mərhələsi ABŞ-da keçirilməlidir. Bu barədə “Global Times” nəşri çinli ekspert-epidemioloq Tszen Quana istinadən yazıb. Ekspert qeyd edib ki, ABŞ-da ilk yoluxma hallarının 2019-cu ilin dekabrında aşkarlanması barədə informasiyadan sonra araşdırmalar bu ölkədə aparılmalıdır. O, həmçinin ABŞ-ın bu məsələyə lazımı qədər diqqət ayırmadığını bildirib. “ABŞ-ın bioloji silah hazırlanması ilə əlaqədar bütün obyektləri araşdırma predmeti olmalıdır”, - deyə ekspert qeyd edib. Вернуться назад |