Главная > Dünya > COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var
COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var12-06-2021, 11:47. Разместил: azadses |
Amerikalı alimlər COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsir göstərə biləcək mexanizm müəyyən ediblər. “İnterfax” xəbər verir ki, alimlər süni intellektlə Altsheymer xəstəliyi və COVID-19 xəstələrinin məlumatlarını öyrəniblər. Onlar SARS-CoV-2 və Altsheymer xəstələrinin genləri və zülalları ilə bir neçə nevroloji xəstəliklə əlaqəli olan gen və zülallar arasındakı yaxınlığı ölçüblər. Tədqiqatçılar SARS-COV-2-nin beyin toxumalarına və hüceyrələrə yoluxmasına imkan verən genetik faktorları da təhlil ediblər: “Bu məlumatlar virusun beyindəki neyroinflamasiya və mikrovaskulyar zədələnmələrdə iştirak edən bir neçə geni və ya yolu hədəf alacağını göstərir ki, bu da Altsheymer bənzər koqnitiv pozğunluğa səbəb ola bilər”. Вернуться назад |