Главная > Dünya / Manset > II Elizabetin şahzadə Harrini qızının adına görə bağışladı

II Elizabetin şahzadə Harrini qızının adına görə bağışladı


11-06-2021, 08:30. Разместил: azadses
İyunun əvvəlində ikinci dəfə ata olan şahzadə Harri xanımı Meqan Marklla yeni doğulmuş körpələrini ilk dəfə nənələrinə – Böyük Britaniya kraliçası II Elizabetə göstəriblər.

Pandemiya ilə əlaqədar məhdudiyyətlər və yeni doğulmuş körpə ilə saraya gəlmə imkanının olmamasına görə nənə ilə nəticənin görüşü onlyan baş tutub.

Bu barədə “People” xəbər verib.

Qeyd edək ki, valideynləri qızlarına kraliçanın və şahzadənin anasının şərəfinə Lilibet Diana adını qoyublar.

Məlum olub ki, II Elizabet uşaq olarkən Lilibet adlanıb, ona görə nəvəsi bu ad üçün nənəsindən icazə istəyib.

Mənbənin məlumatına görə, Böyük Britaniya kraliçası nəticəsinin doğulmasına və onun şərəfinə adlanmasına o qədər sevinib ki, Harri və Meqanla son aylarda baş verən hadisələri bağışlayıb.


Вернуться назад