Главная > Dünya > İsrail təbii xəzlə ticarəti qadağan edən ilk ölkə oldu

İsrail təbii xəzlə ticarəti qadağan edən ilk ölkə oldu


11-06-2021, 08:16. Разместил: azadses
İsaril hökuməti ölkədə təbii xəzlə ticarəti qadağan edib.

Bu barədə “Doyçe Velle” (DW) məlumat yayıb.

Məlumata əsasən, qadağa elmi, dini və tədris məqsədləri üçün xəzin əldə edilməsinə şamil olunmur.

Bu qərarla yerli hökumət ölkənin dəb sənayesinin ətraf mühitə münasibətdə daha mülayim olmasına ümid edir.

Qeyd edək ki, İsrail təbii xəzlə ticarəti qadağan edən ilk ölkə olub. Qadağanın 6 ay sonra qüvvəyə minəcəyi bildirilib.




Вернуться назад