Главная > Dünya / Manset > Müsəlmanlara qarşı soyqırımına rəhbərlik etmiş generalın ömürlük həbs cəzası təsdiqləndi

Müsəlmanlara qarşı soyqırımına rəhbərlik etmiş generalın ömürlük həbs cəzası təsdiqləndi


9-06-2021, 08:34. Разместил: azadses
Haaqa tribunalının apellyasiya palatası vaxtilə Bosniya və Herseqovina serblərinin ordu komandanı olmuş Ratko Mladiçin ömürlük həbs qərarını qüvvədə saxlayıb.

“Haber Global”ın məlumatına görə, 1995-ci ilin iyul ayında Srebrenitsa şəhərində azı 8300 bosniyalı müsəlmanın qətlinə fərman vermiş general insanlığa qarşı cinayət, soyqırımı və müharibə cinayətlərində günahkar sayılıb.

Qeyd edək ki, “Bosniya qəssabı” ləqəbi almış R.Maldiç 16 il ərzində ədalət mühakiməsindən gizlənsə də, 2011-ci ilin mayında Serbiyada həbs olunaraq, Haaqaya gətirilib. 2017-ci lin noyabr ayında beynəlxalq hərbi tribunal onun barəsində ömürlük həbs hökmü çıxarıb. General qərardan apellyasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.


Вернуться назад