Главная > Dünya / Manset > Türkiyə Çanaqqala boğazında hərəkəti məhdudlaşdırıb
Türkiyə Çanaqqala boğazında hərəkəti məhdudlaşdırıb7-06-2021, 08:00. Разместил: azadses |
Türkiyədə Egey və Mərmərə dənizlərini birləşdirən Çanaqqala boğazı birtərəfli bağlanıb. “Haber Global”ın məlumatına görə, strateji su yolunda “1915 Çanaqqala körpüsü”nün inşaatı ilə əlaqədar olaraq, tranzit gəmilərinin bir istiqamətdə keçişi qadağan olunub. Hazırda inşaat işləri Lapseki ilçəsinin Şekerkaya və Gelibolu ilçəsinin Sütlüce sahilləri yaxınlığında davam etdirilir. Tikinti işlərində 649-u mühəndis olmaqla, 5 bin nəfərin çalışdığı körpünün Çanaqqala dəniz zəfərinin 107-ci ildönümü olan 18 Mart 2022-ci il tarixində açılması planlaşdırılır. Вернуться назад |