Главная > Dünya > Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verib

Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verib


6-06-2021, 18:32. Разместил: azadses
Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib: “İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə - jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”.


Вернуться назад