Главная > Dünya / Manset > İsrail karantin məhdudiyyətlərini ləğv etdi
İsrail karantin məhdudiyyətlərini ləğv etdi1-06-2021, 19:19. Разместил: azadses |
İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb. Bu barədə gazeta.ru xəbər verib. “Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, - deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edək ki, “yaşıl keçid” - əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi. O da vurğulanıb ki, daxili məhdudiyyətlərin əksəriyyətinin götürülməsinə baxmayaraq, İsrail vətəndaşlarının COVID-19 riski yüksək olan ölkələrə getməsi barədə qadağa qüvvədədir. Вернуться назад |