Главная > Dünya / Manset > Rusiya Türkiyəyə təyyarə uçuşlarına qoyulan məhdudiyyətin vaxtını uzadıb - YENİLƏNİİB

Rusiya Türkiyəyə təyyarə uçuşlarına qoyulan məhdudiyyətin vaxtını uzadıb - YENİLƏNİİB


1-06-2021, 07:30. Разместил: azadses
Rusiya Türkiyə ilə hava əlaqələrinin məhdudlaşdırılması rejimini iyunun 21-dək uzadıb.

Bu barədə ölkənin operativ qərargahının jurnalistlərə açıqlamasında bildirilib. Müvafiq qərar Türkiyədə pandemiya ilə bağlı mövcud vəziyyətlə əsaslandırılıb.

23:53

Rusiya iyunun 1-dən sonra da Türkiyə ilə hava əlaqələrini məhdud rejimdə saxlayacaq.

Bu barədə TASS Rusiya operativ qərargahındakı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, hazırki məhdudiyyətlərin müddəti iyunun 1-də başa çatır.

Xatırladaq ki, aprelin 15-də Rusiya koronavirus pandemiyasının kəskinləşməsi səbəbiylə Türkiyə ilə hava əlaqələrinə müəyyən məhdudiyyətlər tətbiq edib. Qarşılıqlı razılaşma əsasında ölkələr arasında hava yolları ilə sərnişin daşınması üzrə reyslər həftədə iki dəfəyə endirilib. Aviareysləri “Aeroflot” və “Turkish Airlines” şirkətləri icra edib.


Вернуться назад