Главная > Dünya / Manset > Almaniyalı pensiyaçının zirzəmisindən tank, zenit qurğusu, torpedo və atıcı silah-sursat çıxdı

Almaniyalı pensiyaçının zirzəmisindən tank, zenit qurğusu, torpedo və atıcı silah-sursat çıxdı


31-05-2021, 13:02. Разместил: azadses
Almaniyanın Kil şəhərinfə 84 yaşlı kişi üzərində məhkəmə prosesi başlayıb.

DPA agentliyinin məlumatına görə, o, İkinci Dünya müharibəsi zamanına aid silah-sursat saxlamaqda itiham olunub.

Qocaya məxsus zirzəmidə axtarışlar zamanı nasistlərə aid tank, zenit qurğusu, sualtı torpedo, həmçinin qumbaraatanlar, avtomatlar, pulemyot və tapancalar, eləcə də mindən çox güllə aşkar olunub.

Pensiyaçının silah kolleksiyasının müsadirə olunmasına 20 əsgər cəlb olunub. Onlar iki gün ərzində zirzəmini boşaltmağa müvəffəq olublar.

Hazırda qanun pozucusunu 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Вернуться назад