Главная > Dünya > Bacısı toy zamanı ölən qız gəlinlik geyinib onun əvəzinə ərə getdi

Bacısı toy zamanı ölən qız gəlinlik geyinib onun əvəzinə ərə getdi


30-05-2021, 13:43. Разместил: azadses
Hindistanda baş tutan toyda tragikomik hadisə yaşanıb.

India.com portalı xəbər verir ki, toyun gedişatında gəlin qəfil dünyasını dəyişib və toy sahibləri gəlini onu doğma bacısı ilə əvəzləməyə qərar veriblər.

Qeyd olunur ki, ölüm hadisəsi Hindistanda toy adətlərindən biri olan “feras” ritualı zamanı baş verib.

Adətə əsasən gəlin və bəy atəşin ətrafında gəzib bir-birlərinə sadiqlik andı içirlər. Bu zaman gəlin huşunu itirərək yerə yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər. Toy bir anda yas mərasiminə çevrilib. Lakin hər iki tərəf toyu yarımçıq saxlamaq qərarındab vaz keçib.

Həyatını itirən gəlinin valideynlərini digər qızlarına gəlinlik donu geyindirib və ondan bacısının yerinə ərə getməyi xahiş ediblər. Kiçik bacı bu təklifi qəbul edib.

Nəticədə oğlan və qız bacısının cəsədi başqa bir otaqda saxlanılarkən toy mərasimini başa vuraraq yeni ailənin təməlini qoyublar.


Вернуться назад