Главная > Dünya / Manset > Ermənistan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni terrorçuların adlarını AÇIQLADI
Ermənistan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni terrorçuların adlarını AÇIQLADI27-05-2021, 16:59. Разместил: azadses |
Ermənistan Müdafiə Nazirliyi təxribat məqsədilə Azərbaycan ərazilərinə daxil olarkən ordumuz tərəfindən ələ keçirilən altı erməni terrorçunun adını açıqlayıb. Azərbaycan silahlı qüvvələri tərəfindən tərksilah edilərək zərərsizləşdirilən erməni diversantların adlarını “Sputnik Ermənistan” dərc edib. Onlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır. Xatırladaq ki, mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçərkən zərərsizləşdirilib və ələ keçirilib. Вернуться назад |