Главная > Dünya / Manset > “Qara kif” kabusu daha bir ölkəyə sıçradı
“Qara kif” kabusu daha bir ölkəyə sıçradı27-05-2021, 07:59. Разместил: azadses |
Hindistanda koronavirusun fəsadları nəticəsində yayılan mukormikoz (“qara kif”) epidemiyası daha bir ölkəyə sıçrayıb. Belə ki, ölkənin qonşuluğunda yerləşən Banqladeşdə yeni xəstəliklə bağlı ilk ölüm qeydə alınıb. Bu barədə “Haber Global” xəbər yayıb. Məlumata görə, 65 yaşlı banqladeşli koronavirus müalicəsi bitdikdən sonra şəkər xəstəliyi və böyrək problemləri daxil olmaqla, bir sıra fəsadlara görə xəstəxanada olub. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Hindistanda mukormikozla əlaqədar yeddi ştatda “qara kif epidemiyası” elan edilib. Son məlumatlara görə, ölkədə 9000 nəfərdə xəstəlik tapılıb, 200-dən artıq insan buna görə həyatını itirib. Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər. Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb. Вернуться назад |