Главная > Dünya / Manset > Parisdə ictimai nəqliyyat pulsuz olacaq
Parisdə ictimai nəqliyyat pulsuz olacaq26-05-2021, 08:14. Разместил: azadses |
Fransa hökuməti Parisdəki ictimai nəqliyyatı pulsuz etməyi planlaşdırır. BBC xəbər verir ki, oxşar layihə artıq ölkənin bir neçə kiçik şəhərində uğurla həyata keçirilib. Fransada bir neçə ildir ictimai nəqliyyatda pulsuz səyahət tətbiq olunur. İndi bu imtiyazdan ölkənin 30-dan çox şəhərinin yüz minlərlə sakini istifadə edir. Fransanın doqquzuncu böyük şəhəri olan Strasburq bu proqrama sentyabr ayında başlayır. Dunkerkdə aparılan araşdırmaya görə, pulsuz səyahət siyasətinin tətbiqindən sonra dəyişikliklər şəhəri canlandırıb və bir çox avtomobil sürücüsü mikroavtobuslara keçdiyindən buradakı karbon qazı emissiyaları azalıb. Sistemin işə düşməsindən bəri ictimai nəqliyyatla səyahətlərin sayı 60 faiz artıb. Hökumət yerli müəssisələrdə vergiləri artırmaqla pulsuz ictimai nəqliyyat proqramının maliyyələşdirilməsini təmin edir. Вернуться назад |