Главная > Dünya / Manset > Malta kollektiv immunitetə nail olan ilk Aİ ölkəsidir

Malta kollektiv immunitetə nail olan ilk Aİ ölkəsidir


25-05-2021, 07:00. Разместил: azadses
Avropa İttifaqında koronavirusa qarşı kollektiv immunitetin formalaşmasına nail olan ilk ölkə Maltadır.

“Reuters”in məlumatına əsasən, bunu ölkənin səhiyyə naziri Kris Fene bəyan edib.

O bildirib ki, artıq Maltanın yetkin əhalisinin 70%-i bir, 42%-i isə iki doza peyvəndlə təmin olunub.

Nazirin sözlərinə görə, iyul ayından etibarən vaksinasiyası başa çatmış şəxslər açıq havada maskasız gəzə biləcəklər. Qapalı məkanlarda isə hər kəs üçün maska taxmaq məcburiyyəti saxlanılacaq.

Qeyd edək ki, pandemiyanın başlanğıcından etibarən Maltada 30,5 min nəfər COVID-ə yoluxub, 417 nəfər isə vuris səbəbindən ölüb.


Вернуться назад