Главная > Dünya / Manset > İrəvanın “ölü qanun”ları: Erməni xalqı səfalət və ehtiyac içində

İrəvanın “ölü qanun”ları: Erməni xalqı səfalət və ehtiyac içində


24-05-2021, 17:42. Разместил: azadses
2004-cü ildə Ermənistanın Əmək Məcəlləsində inflyasiyaya uyğun olaraq maaşların indeksləşdirilməsinə dair bir bənd əlavə olunub. Lakin aradan keçən 20 ilə yaxın müddətdə sözügedən bənd “ölü qanuna” çevrilib və tələbləri heç vaxt yerinə yetirilməyib.

Bu barədə “Sputnik Ermənistan” yazıb.

Ölkədə həmçinin 2004-cü ildə minimum istehlakçı səbəti və yaşayış minimumu haqqında qəbul edilən qanun da yalnız kağız üzərində qalıb.

Bunun nəticələri isə iqtisadi böhran içində olan Ermənistanda hər ötən gün daha kəskin şəkildə hiss olunmağa başlayıb. Belə ki, Ermənistanda qiymət artımı səbəbi ilə son aylarda əhalinin vəziyyəti daha da acınacaqlı olub. Artıq bir çox vətəndaşlar hətta zəruri ehtiyacları ödəmək üçün belə olduqca ciddi çətinlik çəkməyə başlayıb, bir çox hallarda isə bundan məhrum olub.

Ermənistan hökuməti isə yoxsulluq və iqtisadi çətinlik içində yaşayan əhaliyə yardım edə biləcək qanunları heç vaxt tətbiq etməyib. Nəticədə həmin “ölü” qanunlarla xalqını aclıq və səfalətə məhkum edib.


Вернуться назад