Главная > Dünya > ABŞ Qrenlandiyanı almaqdan imtina etdi

ABŞ Qrenlandiyanı almaqdan imtina etdi


22-05-2021, 12:40. Разместил: azadses
ABŞ Danimarkadan Qrenlandiyanı almaq fikrindən daşınıb.

“The Guardian” bu barədə ABŞ dövlət katibi Enthoni Blinkenin açıqlamasına istinadən məlumat yayıb.

Blinken jurnalistlərə açıqlamasında deyib ki, Qrenlandiyaya gedib, çünki ABŞ Danimarkaya məxsus olan muxtar ərazini satın almaq yox, ortaqlığını gücləndirmək istəyir.

2019-cu ilin avqust ayında o zamankı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı satın alacağı barədə xəbərlər yayılmışdı.

Vaşinqton eyni zamanda, Qrenlandiyanı 600 milyon dollar məbləğində satın alma müqaviləsi çərçivəsində hər il Danimarkaya subsidiya ödəməyə hazır olduğunu da açıqlamışdı. Trampın Puerto- Rikonu Qrenlandiya ilə dəyişdirməyi təklif etdiyi də qeyd edilib.


Вернуться назад