Главная > Dünya / Manset > Əcnəbi vətəndaşların həcc ziyarətinə icazə veriləcək

Əcnəbi vətəndaşların həcc ziyarətinə icazə veriləcək


22-05-2021, 09:55. Разместил: azadses
Səudiyyə Ərəbistanı hökuməti bu il yerli sakinlərlə yanaşı, əcnəbi vətəndaşların da həcc ziyarətinə icazə verəcək.

Bu barədə TASS ölkənin “Al-Watan” qəzetinə istinadən məlumat yayıb.

Məlumata əsasən, ziyarət prosesi koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş ciddi sanitar normalara riayət olunması şərtilə reallaşdırılacaq.

Qeyd olunub ki, hökumətin bu qərarı mayın 9-da Həcc və Ümrə Məsələləri üzrə Nazriliyin müvafiq tövsiyyyələri əsasında qəbul edilib.

Xatırladaq ki, ötən il həcc ziyarətinə yalnız min nəfər ölkə vətəndaşı buraxılıb.


Вернуться назад