Главная > Dünya / Manset > İlon Mask tanrıya münasibətindən danışıb

İlon Mask tanrıya münasibətindən danışıb


22-05-2021, 08:25. Разместил: azadses
Multimilyarder İlon Mask Rusiyada keçirilən “Yeni bilik” elm marafonuna qatılıb.

Rusiya KİV-in yaydığı məlumata görə, tədbirə videobağlantı ilə qoşulan iş adamı maraqlı açıqlamalar verib.

“Tesla” və “SpaceX” kimi şirkətlərin rəhbəri olan Mask tanrıya münasibətindən də danışıb.

“Mən elmi fikir məktəbinə aid olduğum üçün sözün əsl mənasında dindar deyiləm. Lakin necə yarandığımız, bura necə düşdüyümüz, həyatın nədən ibarət olması mənə də maraqlıdır. Mənim həyat fəlsəfəm belədir: Kainatdan cavab almaq üçün düşüncəni genişləndirib düzgün suallar vermək lazımdır”, - deyə Mask bəyan edib.

O, düşüncənin sərhədlərini genişləndirmək üçün insan və süni intellektin qarşılıqlı münasibətlərinin inkişafının vacib olduğunu bildirib.


Вернуться назад