Главная > Dünya / Manset > ABŞ səhvən minlərlə yaponiyalı pensiyaçıya 1400 dollarlıq çek göndərib
ABŞ səhvən minlərlə yaponiyalı pensiyaçıya 1400 dollarlıq çek göndərib21-05-2021, 12:00. Разместил: azadses |
ABŞ-ın Vergi Xidməti səhvən minlərlə yaponiyalı pensiyaçıya 1400 dollarlıq çek göndərib. Bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, bu səbəbdən bəzi bank şöbələrinin qarşısında növbə yaranıb. Çek almış Yaponiya vətəndaşlarının vaxtilə ABŞ-da yaşadıqları və orada vergi ödəyicisi kimi qeydiyyatda olduqları üzə çıxıb. Səhvini etiraf edən ABŞ Vergi Xidməti isə Yaponiya vətəndaşlarından çekləri ləğv etməyi xahiş edib. Lakin çekləri artıq nağdlaşdıranların nə etməli olmaları barədə açıqlama verilməyib. Вернуться назад |