Главная > Dünya / Manset > Baydenlə Harrisin gəliri açıqlandı

Baydenlə Harrisin gəliri açıqlandı


19-05-2021, 07:57. Разместил: azadses
ABŞ-da 2020-ci il üçün federal vergi bəyannamələrinin verilməsi üçün son tarix başa çatıb.

“RİA Novosti” xəbər verir ki, bəyannamələrə görə, ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill son bir ildə 607 000 dollardan bir qədər çox qazanıblar.

Onlar 157 000-dən çox federal gəlir vergisi ödəmiş və xeyriyyə işlərinə 30,7 min dollar göndəriblər. Prezident və birinci xanım Delaver ştatına da təxminən 29 000 dollar vergi ödəyiblər.

Vitse-prezident Kəmalə Harris və əri keçən il 621 000 dollar federal gəlir vergisi - Kaliforniyaya 125 000 dollar və Kolumbia dairəsinə 57 000 dollar ödəməklə təxminən 1,7 milyon dollar qazanıblar. Eyni zamanda, onlar 27 000 dollar ianə ediblər.

Qeyd edək ki, 2020-ci ilin əksər dövründə Bayden ABŞ-da keçmiş vitse-prezident və prezidentliyə namizəd, Harris isə vitse-prezident seçilmədən əvvəl senator vəzifəsində çalışıb.


Вернуться назад