Главная > Dünya / Manset > Hindistanda karantin müddəti dördüncü dəfə uzadıldı
Hindistanda karantin müddəti dördüncü dəfə uzadıldı17-05-2021, 11:00. Разместил: azadses |
Koronavirusa yoluxmada günlərlə rekord təzələyən Hindistanın paytaxtında karantin müddəti dördüncü dəfə uzadılıb. “RİA Novosti”nin məlumatına görə, bu barədə Dehlinin baş naziri Arvind Kecrival bildirib. “Karantindən sonra yaxşılaşma müəyyən etdik, koronavirus hadisələrinin sayı azalır. Son bir neçə gündə qazandığımızı itirmək istəmirik. Qapanma müddətini bir həftə daha artırırıq”, - deyə Kecrival brifinq zamanı bildirib. Xatırladaq ki, təqribən son bir ay ərzində Hindistanda yoluxanların sayı gündəlik rekord həddini təzələyərək sutka ərzində 350-400 mini keçirdi. Вернуться назад |