Главная > Dünya / Manset > İtkin düşən milyarderin ölümü üç il sonra təsdiqləndi

İtkin düşən milyarderin ölümü üç il sonra təsdiqləndi


16-05-2021, 10:00. Разместил: azadses
Almaniya məhkəməsi “Tengellman” pərakəndə satış şəbəkəsinin rəhbəri olan milyarder Karl Erivan Haubun ölüm faktını təsdiqləyib.

“Haber Global”ın məlumatına görə, o, 58 yaşında ikən 2018-ci ilin aprel ayının 7-də İsveçrədə Alp dağlarında itkin düşüb.

Hadisədən on gün sonra Karlın kiçik qardaşı Kristian şirkətin idarə heyətinin rəhbərliyinə gətirilib.

Cari ilin əvvəllərində isə artıq mərhum milyarderin şirkətdəki payı da qardaşına satılıb.


Вернуться назад