Главная > Dünya / Manset > Bayden Trampın yeddi qərarını ləğv etdi

Bayden Trampın yeddi qərarını ləğv etdi


16-05-2021, 08:45. Разместил: azadses
ABŞ prezidenti Co Bayden öz sələfi Donald Trampın yeddi qərarını ləğv edib.

“Moskovskiy komsomolets” nəşrinin məlumatına görə, ləğv edilən qərarlar arasında Amerika heykəllərinin qorunması haqqında sərəncam da var.

Bu sənəd ölkəni kolonial dövrün abidələrinin məhvi dalğası bürüdüyü zaman imzalanıb.

Bununla yanaşı, Amerikadan gedən humanitar yardımların rebrendinqi, Amerika qəhrəmanları heykəlləri parkının inşası, onlayn senzuranın dayandırılması kimi qərarlar da qüvvədən salınıb.

Qeyd olunub ki, sözügedən sənədlər Trampın prezidentliyinin son ilində imzalanıb.


Вернуться назад